Xocalı soyqırımı ilə əlaqədar divar qəzetləri, stendlər, guşələr hazırlandı

Fevral ayının səkkizindən iyirmi dördünə qədər məktəbin foyesində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar divar qəzetləri, stendlər, guşələr hazırlanıb nümayiş olundu.
Məktəbimizdə fəaliyyət göstərən “Şən palitra” dərnəyinin üzvləri “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda rəsm sərgisi nümayış etdirdilər. Rəsmlər pedaqoji kollektivin, şagirdlərin və valideynlərin böyük marağına səbəb oldu.