"Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Hara gedir sabahımız" adlı tədbir keçirildi

20 fevral 2018-ci il tarixdə məktəbin akt zalında "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Hara gedir sabahımız" adlı tədbir keçirildi. Tədbiri məktəbin 2c sinfinin rəhbəri Günay Sədiyeva ibtidai sinif şagirdləri ilə hazırlamışdır. Tədbirdə Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin dilimizin inkişafında gördüyü işlərdən söhbət açıldı.Onun yazdığı şeirlərin müsabiqəsi keçirildi. Sonda şairin həyat və yaradıclığını əks etdirən film nümayiş olundu.