“Ölümsüzlüyə aparan yol” adlı “Dəyirmi masa” keçirildi

7 fevral 2018-ci il tarixində məktəbin direktor müavinləri Günay Əhmədova, Aybəniz Vəliyeva, tarix müəllimi Elnarə Nuriyeva, təsviri incəsənət müəllimi İradə İmanova və 9A sinfinin iştirakı ilə Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Ölümsüzlüyə aparan yol” adlı “Dəyirmi masa” keçirildi. Tədbirin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. A.Vəliyeva və E.Nuriyeva qəhrəman haqqında geniş məlumat verdilər,şagirdlər də bildiklərini tədbir iştirakçıları ilə bölüşdülər. Çıxışlardan sonra M.İbrahimov haqqında sənədli və bədii filmlər izlənildi. Tədbirin əsas məqsədi vətən uğrunda şəhid olmuş milli qəhrəmanları yad etmək və şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək idi.

Azərbaycan xalqı bir daha əmin ola bilər ki, Mübariz kimi övladları olan vətən heç vaxt darda qalmaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi