“Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsi çərçivəsində növbəti təlim keçirildi

13 yanvar 2018-ci il tarixində “Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsi çərçivəsində növbəti təlim keçirildi. Bu layihə AUKAA tərəfindən Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyilə həyata keçirilir. Keçirilən təlimin mövzusu “Tullantıların düzgün idarə olunması” idi. Təlimçilər şagirdlərə mövzu haqqında ətraflı məlumat verdilər və praktik məşğələlər keçirtdilər. Məşğələdə şagirdlər tullantılardan müxtəlif, faydalı və maraqlı əşyalar düzəltdilər.