Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə “Yeni ilə yeni arzularla” adlı tədbir keçirildi

27 dekabr 2017-ci il tarixində məktəbin akt zalında Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə “Yeni ilə yeni arzularla” adlı tədbir keçirildi.Tədbiri 5, 7, 9, 10, 11-ci sinif şagirdləri ilə bərabər məktəbin tarix müəllimi Elnarə Nuriyeva və direktor müavini Aybəniz Vəliyeva hazırlamışdılar. Tədbirin aparıcıları şagirdləri, valideynləri və müəllim kollektivini bayram münasibəti ilə təbrik etdilər, yeni ilin və həmrəlik gününün yaranması haqqında məlumatlar verdilər. Şagirdlərin hazırladıqları səhnəciklər, ifa etdiyi mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Sonda məktəbin direktoru Akif Rəsulov bayram münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi