“Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda inşa müsabiqəsi keçirildi

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibəti ilə Nizami Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Rayon Sosial - İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda inşa müsabiqəsi keçirildi. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova həmin müsabiqənin qalibi olmuşdur. Bu münasibətlə onu ürəkdən təbrik edirik.