Heydər Əliyevin anım günü qeyd olundu

12 dekabr tarixində ölkəmizdə XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə məktəbi olan Heydər Əliyevin anım günü qeyd olunur. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Rəsulova rəhbərlik etdiyi 5B sinfi ilə ulu öndərin xatirəsinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiəlik sükutla yad edildi. Şagirdlər ulu öndərimizə həsr olunmuş elə şeirlər söylədilər ki, həmin şeirlərdə onun bütün həyat və yaradıcılığı öz əksini tapmışdı. Məktəbin direktoru Akif Rəsulov şagirdlərə ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında rolundan, misilsiz xidmətlərindən bəhs etdi. Sonda şagirdlərin  hazırladıqları Heydər Əliyevin fəaliyyətini əks etdirən  slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi