Fənn metodbirləşmə rəhbərlərinin elmi-metodiki hazırlığının monitorinqi keçirildi

6 dekabr 2017-ci il tarixində ibtidai siniflərin rus bölməsi üzrə metodbirləşmə rəhbəri Svetlana Hüseynovanın 3C sinfində rus dili fənnindən S.Ə.Şirvaninin “Dəvə və dəvə balası” mövzusunda nümunə dərsi dinlənildi. Dərsdə direktor müavini Səlimə Cəlilova, Azərbaycan bölməsinin metodbirləşmə rəhbəri Günay Sədiyeva, müəllimlərdən Tamilla Aydəmirova, Rəfiqə Rəsulova, Leyla Ağayeva iştirak etdilər. Müəllimlər metodbirləşmə rəhbərinin hansı müasir təlim üsullarından istifadə etməsinə və mövzunun şərhinin elmliliyinə çox maraqla diqqət yetirdilər. Sonda dərsin nəticəsinə rəy və təkliflər bildirildi.