Murtuza Muxtarovun evinə-Dendro parka ekskursiya təşkil olundu

Məktəblilərin asudə vaxtının səmərli təşkili məqsədi ilə 2 dekabr 2017-ci il tarixində 2C sinfinin şagird və valideynləri sinif rəhbəri Günay Sədiyevanın rəhbərliyi ilə Mərdəkan qəsəbəsində yerləşən Murtuza Muxtarovun evinə-Dendro parka ekskursiya təşkil etdilər.
Əsas məqsəd təsviri incəsənət fənnindən keçilmiş “İsti və soyuq rənglər”, “Əsas və qarışıq rənglər”, “Payızın sehrli rəngləri” mövzusu ilə əlaqədar təbiətin rənglərini canlı olaraq şagirdlərə göstərmək idi. Şagirdlər təbiəti canlı olaraq müşahidə etdilər, əsas, yoxsa qarışıq, isti, yaxud soyuq rənglərin təbiətdə üstünlük təşkil etdiyini araşdırdılar. Onlar təbiət qoynunda təbiət materiallarından sərbəst əl işləri hazırladılar.
Şagirdlərin gördükləri onların yaddaşında daha yaxşı qalacaq və hər zaman onların köməyinə çatacaq.