İnformatika fənnindən nümunəvi dərs keçirildi

15 noyabr 2017-ci il tarixində 1Ç sinfində informatika fənnindən nümunəvi dərs keçirildi. Mövzu “Hadisələrin ardıcıllığı” idi. Fənn müəllimi Xuraman Xasməmmədova həyatda baş verən hadisələrin ardıcıllığını şagirdlərə çatdırmaq üçün müxtəlif metodlardan istifadə etdi. Yeni təlim üsulları ilə keçirilən dərsdə şəkillərdən, illüstrasiyalardan və səhnələşdirilmiş nağıllardan istifadə olundu. Müəllim qoyulmuş problemi həll etmək üçün müxtəlif təlim üsullarından çevik və məqsədəuyğun istifadə etdi və məqsədinə nail oldu.