“Mənim hüquqlarım” adlı  tədbir keçirildi

    Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır. Belə ki, “Uşaq hüquqları aylığı” çərçivəsində 15 noyabr 2017-ci il tarixində məktəbin 7A sinfi ilə birlikdə “Mənim hüquqlarım” adlı  tədbir keçirildi. Tədbir diskussiya şəraitində keçdi. Lalə Gülmətova, Ülkər Rəsulova , Nərgiz Cəfərova, Nərgiz Zeynallı, Nigar Abdullazadə, Samirə Xanlarova və Gülşən Əhədova Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri haqqında topladıqları məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Tədbir iştirakçılarının diqqətini cəlb edən mövzulardan biri də Yusif Alıyevin  “Müəllimlə şagirdin qarşılıqlı hüquqları hansıdır?” mövzusunda hazırladığı təqdimat oldu. Məktəbin tarix müəllimi Zülfiyyə Abdullayeva mövzu haqqında daha geniş məlumat verdi və şagirdləri maraqlandıran sualları cavablandırdı. Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova  və məktəbin direktor müavini Aybəniz Vəliyevanın çıxışı ilə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi