Bülbülün 120 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir. Belə ki, 13 noyabr 2017-ci il tarixində məktəbimizdə Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni Bülbülün 120 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin musiqi müəllimi Sevinc Hüseynova Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı. Şagirdlər də Bülbül haqqında topladıqları məlumatları bölüşdülər. 7A sinif şagirdləri Bülbülün ifa etdiyi musiqilərdən bir neçəsini oxudular. 5A sinif şagirdi Vaqif Mərdanov sazda musiqi nömrələri ilə çıxış etdi.
Bülbülün həyat və yaradıcılığına həsr olunmuş fotostendlər hazırlandı, şagirdlərin ev muzeyinə ekskursiyası təşkil olundu.