9 noyabr “Dövlət Bayraq Günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi

    8 noyabr 2017-ci il tarixində məktəbin rus dili və ədəbiyyatı müəllimi Sevinc İmanova və riyaziyyat müəllimi Rüxsarə Qəmbərovanın təşkilatçılığı ilə 7C və 7Ç sinif şagirdləri ilə birlikdə   9 noyabr “Dövlət Bayraq Günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Sevinc müəllimə şagirdlərə  bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat  verdi.  “Dəyirmi masa” da iştirak edən məktəbin direktor müavini Aybəniz Vəliyeva da çıxış edərək bayrağın  hər bir dövlətin ictimai siyasi mərkəzlərinin qarşısında asılan, ictimai və inqilabi yürüşlərdə insanların başı üzərində qaldırdığı, vətən uğrunda şəhid olan insanların məzarları üzərinə qoyulan dövlət atributu olduğunu bildirdi və şagirdlərə bu atributu göz bəbəyimiz kimi qorumağı tövsiyə etdi.  Şagirdlər də bayraq haqqında topladıqları məlumatları bölüşdülər.

   “Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək idi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi