9 noyabr “Dövlət Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi

   7 noyabr 2017-ci il tarixində akt zalında məktəbin 2C sinif rəhbəri Günay Sədiyeva şagirdləri ilə birlikdə 9 noyabr “Dövlət Bayraq Günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Aybəniz Vəliyeva və Səlimə Cəlilova, şagirdlər və valideynlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə tədbir açıq elan olundu.Şagirdlərin canlandırdıqları “Şəhid” və “Əsgərlər” səhnəcikləri Lələtəpə və Cocuq Mərcanlı rayonunun işğaldan azad olunmasına həsr olunmuşdur. Sonra Familə Qulizadə “Turaci” rəqsi ilə çıxış etdi. Eyni zamanda tədbirdə Rəşid Behbudovun “Azərbaycanım”, Elvin Əhmədzadənin “Vətən bayrağım” və “Qalx ayağa Azərbaycan” mahnıları səsləndirildi.Yanan məşəllərin müşayiəti ilə bayraq səhnəyə gətirildi. Bayraq gününə həsr olunmuş flashmob da nümayiş etdirildi. Sonda Akif müəllim çıxış edərək bütün tədbir iştirakçılarını “Dövlət Bayraq Günü” münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi