Şagirdlər Bülbülün ev muzeyini ziyarət etdilər

3 noyabr 2017-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Şirinova rəhbərlik etdiyi 8B sinif şagirdləri ilə bərabər Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı Bülbülün (Murtuza Məmmədovun) ev muzeyini ziyarət etdilər. Muzeyin əməkdaşı şagirdlərə böyük sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Şagirdlər muzeydə yerləşən eksponatlarla tanış oldular.