“Mənim hüquqlarım” adlı “Dəyirmi masa” keçirildi

2 noyabr 2017-ci il tarixində məktəbin direktor müavini Aybəniz Vəliyeva və tarix müəllimi Elnarə Nuriyeva 9-cu sinif şagirdləri ilə birlikdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı “Dəyirmi masa” keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Müəllimlər mövzu ilə bağlı çıxışlar etdilər. Şagirdlər mövzu barəsində öz fikirlərini bildirdilər.Elnarə müəllimə şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdı. 9A sinif şagirdi Müslüm Məmmədov mövzu ilə bağlı iştirak etdiyi tədbirlərdən şagirdlərə maraqlı məlumatlar verdi.