“Uşaq hüquqları aylığı” çərçivəsində viktorina keçirildi

1 noyabr 2017-ci il tarixində 7-ci sinif şagirdləri arasında “Uşaq hüquqları aylığı” çərçivəsində viktorina keçirildi. Viktorinanın keçirilməsində məqsəd şagirdlərin öz hüquqlarını nə dərəcədə bildiklərini müəyyənləşdirmək idi. Viktorinanın iştirakçıları beş komandaya bölündü. Hər komandanın öz adı və rəhbəri seçildi. Komandalar növbə ilə bir-birinə suallar ünvanladılar. Onu da qeyd edək ki, sualları komandanın üzvləri hazırlamışdılar. Hazırlanmış suallar mövzunu tam əhatə edirdi. Sonda qalib gələn komandanın üzvləri mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi