Riyazi viktorina keçirildi

26 oktyabr 2017-ci il tarixində məktəbin riyaziyyat müəllimi Mirvari İsayevanın tədris etdiyi 6C və 6Ç sinif şagirdləri arasında riyazi viktorina keçirildi. Viktorinada məktəbin direktoru Akif Rəsulov, direktor müavini Aybəniz Vəliyeva, riyaziyyat müəllimi Rüxsarə Qəmbərova və digər müəllimlər iştirak edirdilər. Şagirdlər hər birində səkkiz nəfər olmaqla iki komandaya bölündülər: “Lider” və “Bissektriça”. Komandalar beş mərhələdən ibarət suallara cavab verdilər . “Lider” komandası suallara daha çox düzgün cavab verməklə qalib gəldi. Qalibləri təbrik etmək üçün məktəbin direktoru və müəllimlər çıxış etdilər. Sonda qaliblərə və daha fəal iştirakçılara diplomlar və hədiyyələr təqdim olundu.