“Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirildi

Şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə 23 oktyabr 2017-ci il tarixində məktəbin akt zalında “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirildi. Tədbirdə Respublika Əmək və Müharibə veteranları komitəsi təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, ehtiyatda olan polkovnik-leytenant Adil Babaşov, Nizami Rayon İcra başçısının böyük məsləhətçisi İsa Hüseynov, Nizami Rayon Əmək və Müharibə veteranları təşkilatının sədri Yəhya Ağayev iştirak edirdilər. Qonaqlar şagirdlərLə vətənpərvərlik mövzusunda maraqlı söhbətlər apardılar.Eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, milli qəhrəmanlarımızın, generallarımızın vətən uğrunda keçdiyi döyüş yollarından söhbət etdilər.