"Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi
17 oktyabr 2017-ci il tarixində məktəbin innovasiya otağında təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva 9A sinif şagirdləri ilə birlikdə “Azərbaycan Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirdi. Aybəniz müəllimə Azərbaycanın müstəqillik əldə etməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. Şagirdlərlə bu barədə söhbətlər apardı. Səkinə Məmmədli və Zənifə Rüstəmova mövzu ilə bağlı çıxış etdilər.Sonda Azərbaycanın müstəqilliyinə həsr olunmuş videoçarx nümayiş olundu.