“Dünya bizim evimizdir” mövzusunda tədbir keçirildi

7 may 2017-ci il tarixində “Dünya bizim evimizdir” mövzusunda tədbir keçirildi. Tədbirdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Məhərrəm Həsənov iştirak edirdi. Alim qlobal iqlim dəyişmələri, onun dünyanın təbiətinə, təsərrüfatına təsiri və ona qarşı adaptasiya tədbirlərinin həyata keçirilməsi haqqında məlumat verdi. Eyni zamanda o, qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürləri, xüsusən havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, bunun təbii landşaftlara və kənd təsərrüfatına gözlənilən təsiri haqqında geniş məlumat verdi. Bu məlumatlar məktəblilərin vətən sevgisinin yüksəldilməsinə, onlarda ətraf mühitin mühafizəsinin vacibliyi haqqında yeni məlumatlar əldə etməyə kömək edəcəkdir. Eyni zamanda alim qlobal problemlər hesab edilən səhralaşma, ekvatorial meşələrin qırılması haqqında və onun nəticələri barədə informasiya verdi. Sonda alim şagirdləri maraqlandıran müxtəlif suallara ətraflı cavab verdi. Tədbirdə mövzu ətrafında hazırlanmış təqdimat da nümayiş edildi.