“Mütaliə saatı” keçirildi

5 iyun 2017- ci il tarixində məktəbimizin həyətində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları ilə “Uşaqların həyatında kitabların rolu” adlı “Mütaliə saatı” keçirildi.“Mütaliə saatı”nda məktəbin bütün şagird və müəllim kollektivi yaxından iştirak etdi.Təşkil olunan sərgidə dünya və uşaq ədəbiyyatı, müasir yazıçı və şairlərimizin əsərləri , eləcə də digər kitablar nümayiş etdirildi. Bu da şagirdlərin marağına səbəb oldu. Şagirdlər böyük bir həvəslə kitabxana əmakdaşlarının nümayiş etdirdikləri kitabları vərəqləyirdilər. Kiçik yaşlı məktəblilərin bəziləri elə oradaca da kitab oxumaqla məşğul oldular. Kitabxananın əməkdaşları şagirdlərimizi maraqlandıran suallara aydınlıq gətirdilər. “Mütaliə saatı”nın keçirilməsinin əsas məqsədi kitabxanada olan kitablarla məktəbliləri tanış etmək, onların mütaliə mədəniyyətlərinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətlərinin zənginləşməsinə kömək etmək, kitaba olan marağını artırmaq, qiraət etməyə həvəsləndirmək və kitabxanaya yeni oxucular cəlb etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi