1 İyun Uşaqların Beynəlxalq Günü münasibəti ilə bayram tədbiri keçirildi

1 iyun 2017-ci il Uşaqların Beynəlxalq Müdafəsi Günü ilə bağlı məktəbin ibtidai sinif müəllimi Şərqiyyə Dadaşova 4 “A” sinif şagirdləri ilə birlikdə bayram tədbiri keçirdi. Tədbirin açılışında şagirdlər himni səsləndirdilər. Tədbirdə şagirdlər uşaqlar haqqında şeir səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər , mahnı ifa edib rəqs etdilər, hikmətli sözlər söylədilər. Tədbirə xüsusi qonaqlar və musiqiçilər də dəvət olunmuşdur. Qonaqlardan müğənni Rasim Bakinski xoş nəğmələri ilə tədbirə rəng qatdı.Bir saatdan çox davam edən bayram tədbiri qonaqların və valideynlərin ürəyincə oldu.,şagirdlərdə isə fərəh hissi oyatdı. Sonda isə məktəbin direktoru Akif Rəsulova söz verildi. O, ürək sözlərini şagirdlərə çatdırdı və onları bu bayram münasibəti ilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi