Zirə Mədəniyyət Mərkəzinə ekskursiya təşkil olundu

Hər il iyunun 1-i ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu məqsədlə, məktəbin ibtidai sinif müəllimi Nigarə Əliyeva 1 “C” sinif şagirdləri ilə Zirə Mədəniyyət Mərkəzinə ekskursiya təşkil etdi. Şagirdlər ekskursiya zamanı Bakı, Quba, Şirvan, Qarabağ, Naxçıvan , İrəvan və Təbriz məktəblərinin əsrlərdən bəri yaranmış,yaradılmış çoxlu sayda xalça nümunələri ilə tanış oldular. Onlar həmçinin xalçaçılıqda istifadə olunan ip, əriş, bıçaq,qayçı,həvə və s. ləvazimatları canlı gördülər. Şagirdlər Zirə Mədəniyyət Mərkəzinin Orxideya evində də oldular. Orxideya evinin tərtibatı xüsusi zövq və dizaynla hazırlanmışdır. Burada müxtəlif ekzotik gül və ağac, eləcə də rəngarəng orxideya növlərindən istifadə olunmuşdur. Mədəniyyət Mərkəzində yaradılmış Quş parkında saxlanılan ekzotik quş növləri ilə tanış olan şagirdlər parkın həyətində gül əkdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi