1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdən olmuşdur. Uşaqların bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbədə uşağın yaşama hüququ , habelə bərabərlik və onların şəxsi rəylərinə hörmət hüququdur. Bu məqsədlə, 1 iyun 2017-ci il tarixində Nigarə Əliyevanın rəhbəri olduğu 1 “C” sinfində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgidə şagirdlər, eləcə də valideynlər və müəllimlər də iştirak etdilər. Şagirdlərin çəkdikləri rəsmlər sərgi iştirakçıları tərəfindən bəyənildi. Sonda isə şagirdlərin hazırladıqları şeir nümunələri dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi