Akademik Həsən Əliyevin Anadan olmasının 110 illiyi münasibəti ilə “Dəyirmi masa” keçirildi

31 may 2017-ci il tarixdə məktəbimizdə “İmzalı görüş” layihəsi çərçivəsində akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi münasibəti ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin direktoru Akif Rəsulov, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Məhərrəm Həsənov , direktor,direktor müavinləri və məktəbin yuxarı sinif şagirdləri iştirak etdilər. Görüşdə akademik Həsən Əliyevin Azərbaycanda Coğrafiya və Torpaqşünaslıq elmlərinin formalaşmasında müstəsna rolu haqqında şagirdlərə məlumat verildi. Qeyd edildi ki, Həsən Əliyev Azərbaycanda təbiəti mühafizə sahəsində ən görkəmli alimlərdən biri olmuşdur. Xüsusən akademikin Azərbaycanda meşə zolaqlarını salınması, suni terraslarda quraqlığadavamlı ağac növlərinin əkilməsi istiqamətində gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Tədbir diskussiya şəraitində keçdi. Məhərəm müəllim şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda isə Həsən Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. Bu da şagirdlərə daha çox təsir etdi. Nəticə olaraq qeyd edildi ki, hər bir şagird ətrafındakı ərazinin mühafizəsi istiqamətində azacıq da olsa iş görərsə, o, respublikamızın təbiətinin mühafizəsinə və onun gələcək nəsillərə çatdırılmasına böyük xidmət göstərmiş olar.