Ekskursiya təşkil olundu

30 may 2017-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Şirinova rəhbəri olduğu 7 “B” sinif şagirdlərinin mədəniyyətimizə, incəsənət və musiqimizə olan həvəs və marağını nəzərə alaraq, onların Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Muzeyinə gəzintisini təşkil etdi. Muzeydə Azərbaycan xalqının milli musiqi alətləri ilə yanaşı, bir çox xalqların da musiqi alətləri qorunub saxlanılmışdır. Muzeyin fondunda 50 minә yaxin eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun , milli professional vokal sәnәtinin banisi Bülbülun, görkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyə olan bu ekskursiyadan şagirdlər xoş təəssüratlarla qayıtdılar.