28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Bu məqsədlə 26 may 2017-ci il tarixində məktəbin 1 "A" və 4 "B" siniflərində 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Sinif rəhbərləri Bəyim Əliyeva və Failə Baratova şagirdlərə müstəqil Azərbaycanın tarixboyu qazandığı uğurlardan danışdılar. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbirdə videoçarx da nümayiş olundu.