“Məktəb icmaları” layihəsi çərçivəsində tədbir keçirildi

02.05.2017-ci il tarixində məktəbin 9-10-cu sinif şagirdləri ,müəllim və valideynlərin iştirakı ilə Dərs Evi-innovativ tədris mərkəzinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində “Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı” adlı seminar keçirildi. Təhsil sahəsində fəaliyyət göstərən innovativ şirkət olan Dərs Evinin əməkdaşları valideyn və şagirdləri maraqlandıran suallara aydınlıq gətirdilər. Seminarın məqsədi şagirdlərin ali məktəblərə qəbul imtahanına düzgün şəkildə hazırlanmaq, yüksək nəticə əldə etmək, bununla yanaşı stresli vəziyyətlərə qarşı hazırlıqlı olmağı təmin etməkdən ibarət idi.Bu isə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi