Dəyirmi masa keçirildi

Ekologiya ayı çərçivəsində 26.04.2017-ci il tarixində məktəbin kimya müəllimi Vəliyeva Mehriban 7 və 9-cu sinif şagirdlərin iştirakı ilə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda dəyirmi masa keçirdi. Şagirdlər hazırladıqları slaydlarla Azərbaycanın təbii sərvətlərindən, filiz və qeyri-filiz yataqlarından söhbət açdılar. Onlar eyni zamanda Vətənimizin fauna və florası, onun müasir vəziyyəti haqqında da geniş fikirlər söylədilər. Tədbir şagirdləri Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi haqqında maarifləndirməkdən ibarət olmuşdur. Tədbirdə eyni zamanda direktor ilə bərabər direktor müavinləri də iştirak etdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi