Çörək zavoduna ekskursiya təşkil olundu

Fəaliyyət Planına əsasən peşə seçimi ilə bağlı 6,7 və 8-ci sinif şagirdləri ilə birlikdə direktor müavinləri Aybəniz Vəliyeva və Samara Məmişova , 6a sinfinin rəhbəri Əsgərova Sevda, eləcə də valideynlərin iştirakı ilə 25.04.2017-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavoduna ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər texnologiyanın köməyi ilə çörəyin necə əldə olunması prosesini izləmiş və onlara zavodun nümayəndəsi tərəfindən müxtəlif çörək çeşidləri haqqında məlumat verilmişdir. Bu ekskursiya şagirdlərdə xoş təəssüratlar yaratmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi