“Tarixi abidələr” mövzusunda təqdimat keçirildi

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu məqsədlə, məktəbin informatika müəllimi Xasməmmədova Xuraman 4A sinfində “Tarixi abidələr” mövzusunda təqdimat təşkil etdi. Məqsəd şagirdləri tarixi yerlərin və abidələrin qorunmasına yönəltməkdir. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Möminə Xatun, Qarabağlar,Gülüstan,Şirvanşahlar sarayı ,Şəki xan sarayı ,Şuşa şəhərinin abidələri orta əsrlərə aid olan abidələrdəndir. Bunlar memarlığın ən gözəl incilərindəndir. Bundan əlavə, müəllimlər dərsdə işğal olunmuş tarixi yerlərimiz haqqında da söz açdı. Onlar qeyd etdilər ki, torpağımızın 20 %-ni işğal etmiş erməni casusları milli-mədəniyyət abidələrimizi də dağıtmışlar. Bir çox muzey , yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır. Dərsdə şagirdlər olduqları və tanıdıqları tarixi yerlər haqqında da öz təəssüratlarını bölüşdülər. Təqdimat şagirdlər tərəfindən böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi