18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 18.04.2017-ci il tarixində 4a sinfi Xalça muzeyini ziyarət etdi. Şagirdlərlə birlikdə ibtidai sinif müəllimi Dadaşova Şərqiyyə və informatika müəllimi Xasməmmədova Xuraman da bu ziyarətdə yer aldılar. Şagirdlər xalçaçılıq məktəbinin bir çox istiqamətləri, yaşı yüzillərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi ilə tanış oldular. Eyni zamanda muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim, fotoşəkillərdən ibarət nadir kolleksiyalar haqqında da məlumata malik oldular. Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qorumalıyıq. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil də bu sənətə maraq göstərsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi