“Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda dəyirmi masa keçirildi

Uşaq və yeniyetmələr arasında multikulturalizmi təbliğ etmək , müxtəlif ölkələrin milli-mənəvi dəyərləri və eləcə də Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan azsaylı xalqların həyat tərzi, adət-ənənələri,mədəniyyəti,tarixi və dini haqqında məlumatı şagirdlərə çatdırmaq məqsədi ilə 17.04.2017-ci il tarixində məktəbin tarix müəllimi Zülfiyyə Abdullayeva 5b sinfində dəyirmi masa keçirdi. Dəyirmi masada mövzu geniş müzakirə olundu, şagird təqdimatları dinlənildi. Şagirdlərdən Quliyev Elvin yəhudilər, Zeynalov Hüseyn molokanlar, Əhmədov Ramal udinlər, Hüseynov Əli ləzgilər,İsmayılov Qismət talışlar, Hacızadə Ləman saxurlar və digər azsaylı xalqlar haqqında geniş məlumat verdilər. Sözü gedən xalqların mədəniyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.Tədbirdə məktəbin müəllimləri və direktor müavinləri iştirak etdilər.