“Bir əsgərin taleyi” adlı tamaşa nümayiş olundu

10.04.2017-ci il tarixdə məktəbin akt zalında “Bir əsgərin taleyi” adlı tamaşa nümayiş olundu.Məktəbin 6A sinif şagirdləri tərəfindən hazırlanmış tamaşa aprel döyüşlərində həlak olan igid əsgərimiz İlkin Məmmədovun qəhrəmanlığına həsr olunmuşdur. Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi. Şagirdlərin nümayiş etdirdikləri tamaşaya laqeyd qala bilməyən iştirakçılar, o cümlədən tamaşanı izləyən hər kəs göz yaşlarına boğuldular. Sonda məktəbin direktoru Akif Rəsulov çıxış edərək şagirdlərə öz minnətdarlığını bildirdi .