“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” adlı tədbir keçirildi

07.04.2017-ci il tarixində şagirdlərdə vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə məktəbin foyesində “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” adlı tədbir keçirildi. Tədbir 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişəyə həsr olunmuşdur.Tədbir 3A sinif şagirdləri ilə birlikdə hazırlanmışdır. Tədbirdə vətənpərvərlik , döyüşçülərimizin şücaətinə həsr olunmuş şeirlər səsləndirildi.