Pedoqji Şuranın növbəti iclası keçirildi
2024-2025-cü tədris ilinin yekun Pedaqoji iclası keçirildi. Gündəlikdə duran məsələlər haqqında məktəbin direktoru Sevinc Bayramova məlumat verdi. 2024-2025-cü tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının və şagirdlərin monitorinq nəticələrini pedoqoji kollektivlə müzakirə etdi. Məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışdı. Təlim tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova və təşkilatçı Aybəniz Vəliyevanın illik hesabat haqqında çıxışları dinlənildi. Sonda hər bir məsələ haqqında pedoqoji şura qərar verdi. Gələcək tədris ili ilə bağlı müəyyən müzakirələr olundu. Məktəbin direktoru növbəti tədris ilində yeni-yeni uğurlar qazanmaq diləyi ilə hər kəsə xoş istirahətlər arzuladı. İclasda təhsil sahəsində göstərdiyi yüksək peşəkarlığa, pedaqoji fəaliyyətindəki əzmkarlığa və məktəbin inkişafına verdiyi dəyərli töhfəyə görə müəllimlər tərifnamə ilə təltif olundu.