Son zəng tədbiri keçirildi
İyunun 14-də məktəbimizdə yaddaqalan "Son Zəng" tədbiri baş tutdu.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Sevinc Bayramova məzunları təbrik etdi. O, şagirdlərə gələcək həyatlarında uğurlar arzulayaraq, təhsildə əldə etdikləri nailiyyətlərin, xüsusilə də yüksək bal toplayan məzunların əməyinin vacibliyini qeyd etdi. Direktor məzunlara müstəqil həyatda atacaqları hər bir addımda məsuliyyətli olmağı və məktəbin adını daim uca tutmağı tövsiyə etdi.
Tədbirin davamında məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Elçin Əliyev çıxış edərək, bu il "Şahin" hərbi-idman oyunlarında yüksək nəticələr göstərən şagirdləri təbrik etdi. O, qeyd etdi ki, bu cür oyunlar şagirdlərin fiziki və mənəvi hazırlığında mühüm rol oynayır. Çıxışdan sonra "Şahin" oyunlarında fərqlənən şagirdlər xüsusi diplomlarla təltif olundular.
Tədbir məzunların ifasında bir-birindən maraqlı mahnılar, rəqslər və şeirlərlə davam etdi. Onlar müəllimlərinə və məktəblərinə olan minnətdarlıqlarını ifadə edərək, bu illər ərzində qazandıqları bilik və təcrübəyə görə təşəkkür etdilər.