Yeni uğurumuz
Məktəbimizin 9 "Ç" sinif şagirdi Nəcəfquluyev Cavid Rasim oğlu may ayında ADA Universitetində 9-cu sinif şagirdləri arasında keçirilən İngilis Dili Olimpiadasında əlamətdar bir uğura imza atıb!
Cavidin bu mötəbər olimpiadadakı parlaq çıxışı və qazandığı nəticələr onun ingilis dili sahəsindəki dərin bilik və bacarıqlarının əyani sübutudur. O, göstərdiyi yüksək nəticəyə görə sertifikatla təltif olunub. Bu nailiyyət, onun gələcək təhsil və karyera yolunda atdığı mühüm addımlardan biridir.
Onun əzmkarlığı, çalışqanlığı və ingilis dilinə olan marağı digər şagirdlərimiz üçün də gözəl bir nümunədir. İnanırıq ki, Cavid gələcəkdə daha böyük uğurlara imza atacaq və məktəbimizi layiqincə təmsil edəcək. Məktəb rəhbərliyi olaraq, biz şagirdlərimizin inkişafı üçün hər zaman dəstək olmağa davam edəcəyik. Bir daha Nəcəfquluyev Cavidə təbriklərimizi çatdırır, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!