30 may 2025-ci il tarixində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə yaddaqalan bir tədbir təşkil olundu
30 may 2025-ci il tarixində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə yaddaqalan bir tədbir təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin direktoru Sevinc Bayramovanın çıxışı ilə davam edən tədbirdə, uşaqların cəmiyyətdəki önəmi və onların hüquqlarının müdafiəsinin vacibliyi vurğulandı.
Məktəbimizin ibtidai sinif şagirdləri tədbirə xüsusi rəng qatdılar. Onların hazırladıqları müxtəlif səhnəciklər, rəngarəng rəqslər, qəlbi oxşayan şeirlər və musiqi nömrələri olan mahnılar valideyinlərin və şagirdlərin böyük rəğbətini qazandı. Şagirdlərimizin öz istedadlarını nümayiş etdirməsi, gələcəyimizin parlaq və ümidverici olduğunu bir daha göstərdi.
Bütün şagirdlərimizi bu bayram münasibətilə təbrik edir, onlara sağlam, firavan və xoşbəxt ömür arzulayırıq!