28 May - Müstəqillik Gününə Həsr Olunmuş "Bilik Yarışı" Keçirildi

    28 May - Müstəqillik Günü münasibətilə 1 "A" sinfində möhtəşəm bilik yarışı təşkil edilib. İbtidai sinif müəllimi Sədiyeva Günay tərəfindən yüksək səviyyədə təşkil olunan bu tədbir, şagirdlərin həm biliklərini artırmaq, həm də milli dəyərlərə bağlılığını gücləndirmək məqsədi daşıyırdı. Yarış təlim nəticələrinə çatmaq üçün qoyulan hədəflərə nail olmaq baxımından da böyük əhəmiyyət kəsb edirdi.

Yarışda dörd komanda - "Qafqaz Qartalı", "Qarabağın İncisi", "Şuşa Fədailəri" və "Şərqdə Doğan Günəş" iştirak edirdi. Hər bir komanda Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və dövlət rəmzləri ilə bağlı maraqlı sualları cavablandırdı. Yarış boyu sinifdə çox həyəcanlı anlar yaşandı, şagirdlər öz biliklərini nümayiş etdirməkdə böyük həvəs göstərdilər. Komandalar arasında gərgin, lakin dostluq mühitində keçən rəqabət, tədbirə xüsusi rəng qatdı.

Bilik yarışından sonra şagirdlər tərəfindən hazırlanan əyləncəli rəqslər və vətənpərvərlik mövzulu musiqilər ifa edildi. Bu çıxışlar tədbir iştirakçılarının alqışları ilə qarşılandı və bayram ovqatını daha da zənginləşdirdi. Tədbirin sonunda yarışda iştirak edən bütün şagirdlərə diplomlar təqdim olunaraq mükafatlandırıldılar.

Bu bilik yarışı balaca fədailərin yaddaşında uzun müddət qalacaq xoş bir xatirəyə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi