28 May -Müstəqillik Günü münasibətilə möhtəşəm tədbir keçirildi
27.05.2025- ci il tarixində 28 May – Müstəqillik Günü münasibətilə möhtəşəm tədbir keçirildi. Vətənimizin müstəqilliyinin bərpasının ildönümünə həsr olunan bu tədbir şagirdlərdə milli ruhu və vətənpərvərlik hissini daha da gücləndirdi.
İlk olaraq məktəbimizin direktoru Sevinc Bayramova çıxış etdi. Direktor öz nitqində 28 Mayın Azərbaycan tarixindəki əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun müstəqilliyimizin bərpasında oynadığı roldan bəhs etdi. Sevinc Bayramova qeyd etdi ki, Respublika Günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir və biz bu günü gələcək nəsillərə layiqli şəkildə çatdırmalıyıq. Onun çıxışı alqışlarla qarşılandı.
Tədbirin bədii hissəsində şagirdlərimiz Respublika Gününə həsr olunmuş ürək oxşayan çıxışları ilə tədbiri izləyən valideyinlərin və tamaşaçıların rəğbətini qazandılar. Xüsusilə 1b, 1a və 4a sinif şagirdlərinin səsləndirdikləri vətənpərvərlik ruhlu şeirlər, rəqslər hər kəsi heyran etdi.
Daha sonra 1a sinif şagirdlərinin ifasında səslənən musiqi nömrəsi tədbirə xüsusi rəng qatdı. Balaca fidanların birgə ifası xoş ovqat yaratdı və hər kəsi ruhlandırdı.