"Yaşılın gücü" təmizlik aksiyası

   Son illərdə Xəzər dənizinin və onun sahilboyu ərazilərinin ekoloji vəziyyəti narahatlıq doğurur. Dənizə atılan tullantılar, plastik və digər çirkləndirici maddələr həm su hövzəsinə, həm də sahil zolağına ciddi ziyan vurur. Bu problemlə mübarizə məqsədilə "Yaşılın gücü" layihəsi olaraq təmizlik aksiyası təşkil olunub. Aksiya çərçivəsində sahildə toplanmış tullantılar yığılaraq xüsusi nəqliyyat vasitələri ilə daşınıb və müvafiq qaydada utilizasiya edilib. Məktəbimizin Coğrafiya müəllimi İradə müəllimə şagirdlərə dəniz ekosisteminin qorunmasının vacibliyini vurğulayıb və şagirdlər ictimaiyyətə ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar ediblər.

Belə tədbirlər Xəzərin təmizliyinin qorunması və gələcək nəsillərə sağlam ətraf mühitin ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

#YaşılınGücü #YaşılGələcəkNaminə #Qlobalİqlim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi