Təbiətin Qəhrəmanı Ol: İqlim Dəyişikliklərinə Qarşı Birlikdə Mübarizə!
İqlim dəyişikliyi getdikcə daha çox hiss olunur və təbiət bizə siqnal verir – alarm çalır. Bu dəyişikliklərə biganə qalmamaq üçün hər birimiz təbiətin səfiri olmalıyıq. Bitkilərlə ünsiyyət qurmaq, onları anlamağa çalışmaq və yaşıl dostlarımızı qorumaq, ətraf mühitə olan münasibətimizi dəyişdirə bilər. Təbiətin qayğısına qalmaq, gələcək nəsillər üçün sağlam bir planet deməkdir. Gəlin birlikdə bu səssiz çağırışa səs verək! Bu məqsədlə məktəbimizdə şagirdlərimiz növbəti təlimlərimiz keçirildi. Təlimdə:
1. İqlim səfri: Bitkilərlə ünsiyyət dərsləri
2. Təbiətin alarmı: Bitkilər necə SOS göndərir?
mövzuları əsas götürülərək şagirdlərə ətraflı şəkildə bitkiləri qorumaq, onların qayğısına qalmaq, ünsiyyət qurmaq və s. kimi məlumatlar qeyd edilərək, geniş şəkildə şagirdlərin maarifləndirilməsi işi aparılmışdır. Təlimin sonunda aktiv şagirdlərə hədiyyə verilmiş, onların fəallığı qiymətləndirilmişdir. Təlimlər üçün Bakı Dövlət Universitetinin doktorantı Əli Bağırlıya təşəkkür edirik.