Ekoloji Aksiya
"Yaşılın Gücü" layihəsi olaraq 242 nömrəli tam orta məktəbi təmsil edən iqlim səfirləri, məktəbin ekologiya klubunun üzvü olan şagirdlər, coğrafiya müəllimi İradə Hacıyeva və informatika-STEAM müəllimi Nəzirə Yusibovanın iştirakı ilə məktəbyanı ərazidə və "Heydər Əliyev" parkında, qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirlərinin qarşısının alınması yolları və vətəndaşların bu mövzuda maarifləndirilməsi məqsədi ilə ekoloji aksiya keçirilmişdir. Aksiyada şagirdlər əllərində poster və məlumat kartları tutaraq vətəndaşları ətraf mühiti qorumağa, iqlim dəyişikliyinin yaranma səbəblərinin və uşaqların sağlamlığına təsir edən iqlim proseslərinin qarşısının alınması məqsədi ilə hansı tədbirlərin görülə biləcəyinə dair şüarlar səsləndirmiş, bukletlər paylamış və vətəndaşları təlimatlandırmışlar.
18.03.2025