Təbiət fənninin öyrənilməsi, təbiət mövzusuna həsr olunmuş konfrans keçirildi
Ailəm və məktəbim layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planının “Valideynlərin təklif, fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlərin və sorğuların keçirilməsi” bəndinə əsasən 5 Ç sinif valideynləri ilə görüş keçirilmişdir. “Təbiət fənninin öyrənilməsi, təbiət " mövzusuna həsr olunmuş konfransda valideynlər övladlarının təqdimatlarını dinləyiblər. Sonra panel təqdimatlarına başlanılıb, bu zaman valideynlər və uşaqlar arasında dialoq yaranıb. Dərslərdən sonra uşaqların asudə vaxtının təşkili üçün yeni imkanlar, məqsədlər, maraqlı ideyalar və mümkün variantlar müzakirə olunub. Bu görüş valideynlərlə uşaqlar arasında qarşılıqlı əlaqənin, valideynlərin tam razılığının müsbət təsirini göstərdi. Növbəti görüş valideynlər və uşaqlar arasında birgə layihələr mövzusunda keçirildi.