Uşaqların yeni nailiyyətləri
Bu gün biz sizə 5ç sinif şagirdi Əliyeva Elinanı təqdim etmək istəyirik. Elina yüksək akademik göstəriciləri, çalışqanlığı, nümunəvi davranışı və elmə olan marağı ilə seçilir. O, məktəbimizin bir çox şagirdləri kimi, bilik zirvələrini fəth etməyə can atır. Elina mütəmadi olaraq müxtəlif onlayn olimpiadalarda iştirak edir, riyaziyyat, məntiq, təbiət və digər fənlər üzrə sertifikatlar, mükafatlar və medallar qazanır. Biz ona böyük uğurlar arzulayırıq və fəxr edirik ki, belə bir şagirdimiz var!