Azərkosmosa səyahət
Beynəlxalq Kosmik Olimpiadanın iştirakçısı olan şagirdlərimizlə 21.04.2025-ci il tarixdə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya görüş keçirdi. Görüş zamanı Akademiyanın fəaliyyəti, Kosmos sahəsində innovativ layihələr və Beynəlxalq Kosmik Olimpiada haqqında ətraflı məlumatlar verilərək, şagirdlərin Olimpiada istiqamətindəki fəaliyyətlərinin monitorinqi aparılmışdır. Eyni zamanda maraqlı müzakirə təşkil olunaraq, şagirdlərin sualları cavablandırılmışdır.
Şagirdlərimizə yüksək motivasiya bəxş edən KOSMİK Akademiyaya təşəkkür edir və qalibiyyətin astanasında olan "Dark station"-a uğurlar diləyirik.