Şagirdlərimizin yeni nailiyyətləri
Bu gün biz sizə V Ç sinif şagirdi Məmmədova İrmanı təqdim etmək istəyirik. İrma yüksək akademik göstəriciləri, çalışqanlığı, nümunəvi davranışı və elmə olan marağı ilə seçilir. Beynəlxalq Olimpiada Mərkəzi tərəfindən təşkil olunan JEO (Junior English Olympiad) ingilis dili olimpiadasında gümüş medal əldə etmişdir və Avstraliyanın Sidney şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanmışdır. Beynəlxalq Olimpiada Mərkəzi tərəfindən təşkil olunan FISO Science (Future Intelligence Student Olympiad) olimpiadasında fəxri fərman nailiyyəti əldə etmişdir. O, məktəbimizin bir çox şagirdləri kimi, bilik zirvələrini fəth etməyə can atır. İrma mütəmadi olaraq müxtəlif olimpiadalarda iştirak edir, ingilis dilindən, təbiət fənləri üzrə sertifikatlar, mükafatlar və medallar qazanır. Biz onunla qurur duyuruq, uğurları davamlı olsun.