“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş toplantı keçirildi.

31.03.2017-ci il tarixində məktəbin akt zalında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş toplantı keçirildi. Tədbirdə məktəbin müəllimləri, 9-11-ci sinif şagirdləri iştirak etdilər. Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Akif Rəsulov və tarix müəllimi Vahid Bayramov Azərbaycan xalqının başına gətirilmiş soyqırımlar haqqında geniş məlumat verdilər. Sonda soyqırımla bağlı sənədli film nümayiş olundu.